Minskdə komendant saatı tətbiq ediləcək? - Hökumətdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Minskdə komendant saatı tətbiq ediləcək? - Hökumətdən açıqlama

Dünya

11 Avqust 2020 20:43 916


Belarus hökuməti paytaxtda komendant saatının tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva məlumat verib. O bildirib ki, Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

Mətbuat katibi qeyd edib ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”. Toyuqlu pizza

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!