Slovakiya Hərbi Hava Qüvvələrinin komandanlığı “MiQ-29” qırıcı təyyarələrinin təlim uçuşlarının müvəqqəti dayandırılması barədə qərar verib.
"Yeni Sabah" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Slovakiya Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova məlumat verib.
Buna səbəb dünən axşam saatlarında təlim uçuşu zamanı Zlata-Moravçe şəhəri yaxınlığında “MiQ-29” qırıcı təyyarəsinin qəzaya uğraması göstərilib. D. Sapakova bu qərarın ölkənin hava məkanının təhlükəsizliyinin təmin edilməsinə mənfi təsir göstərməyəcəyini söyləyib. Toyuqlu pizza
Telegram kanalımız