MİQ-də iştirak pullu olacaq

saytların hazırlanması

Evə çatdırılma

MİQ-də iştirak pullu olacaq

Sosial

24 Oktyabr 2025 15:59 148


Milli Məclis müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakın ödənişli olması haqda təklifi ilk oxunuşda qəbul edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb. Marqarita pizza

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!