Bu il də müəllimlərin işə qəbulu üzrə imtahanlarda qanun pozuntularına yol verilib. Bəzi namizədlər zala qulaqcıqla daxil olub, yaxud qadağan olunan ədəbiyyat və texniki vasitələrdən gizli yollarla istifadəyə cəhd edib.
“Yeni Sabah” xəbər verir ki, təhsil eksperti kamran əsədov bu cür qanun pozuntularının qarşısının alına biləcəyini yazıb:
“Etiraf etmək lazımdır ki, Təhsil nazirliyi tərifdən 2014-cü ildən başlayaraq keçirilən MİQ və DQ imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu. Respublika üzrə müəllimlərin bilik və bacarıq səviyyəsi haqqında son illərdə olduğu kimi heç vaxt dəqiq və ətraflı məlumat əldə olunmamışdı. Belə deyək ki hamı hər kəsi tanıdı. Və heç vaxt da ixtisasını yüksək səviyyədə bilən müəllimlərin sayı indiki qədər çox olmayıb. Bunlar çox ümidverici, tarixi nailiyyətdir! Amma iş olan yerdə nöqsan da olar. Ona görə də, Təhsil Nazirliyi bu məsələdə diqqətli olmalıdır. Bu tipli məsələləri dəyirmi masada mütəxəssislərlə müzakirə etmək işin xeyrinə olardı”.
Ekspertin bu məsələdə bəzi təklifləri də var:
“Növbəti illərdə belə halların baş verməməsi üçün ən azı imtahan proqramının və ədəbiyyat siyasının olması labüddür. Təklif edirəm ki, testlər təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasın, eyni zmanda açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın. Eyni zamanda hansısa bir narazılığa da operativ cavab vermək üçün qərərgah olmalıdır və həmin gün hansı fənnin imtahanıdırsa, o ixtisas üzrə test müəllifləri orda əyləşməlidir.
Məsəl var ki, dəmir döyülə-döyülə bərkiyər! Hər halda müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar. Ona görə də növbəti ildən hər kəs buraxılış vərəqi ilə öncədən məyyənləşmiş yerdə gedib oturub imtahan versə, əlavə söz-söhbət də olmaz. Bir də mütləq şəkildə imtahan iştirakçıları yazdıqları testləri imtahandan sonra görməlidir. Burada faciəvi heç bir şey yoxdur”.
Telegram kanalımız