Rusiyada əcnəbi vətəndaşlarla bağlı məlumatların toplandığı vahid platforma yaradılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Yeni platforma miqrantlara elektron dövlət və informasiya xidmətlərindən istifadə etmək imkanı verəcək. Dördpendirli pizza
Platformada hər əcnəbi vətəndaşın şəxsi rəqəmsal profili yaradılacaq. Burada Rusiyaya gəlmiş xarici vətəndaşın hüquqi statusu, biometrik məlumatları, yaşayış və iş yeri barədə informasiya yerləşdiriləcək.
Bundan əlavə, əcnəbilər rəqəmsal profil vasitəsilə əmək müqavilələri bağlaya, vergi ödəyə biləcək. Habelə xarici vətəndaşa Rusiyada qalma müddətinin başa çatması barədə xəbərdarlıq da göndəriləcək. (Azərtac)
Ümumilikdə, bu il Rusiyada miqrasiya sisteminin tamamilə rəqəmsallaşdırılması nəzərdə tutulub.
Telegram kanalımız