Mirzoyan anons verdi: Tezliklə görüş olacaq

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan anons verdi: Tezliklə görüş olacaq

Dünya

12 Mart 2025 15:24 249


Ararat Mirzoyan Ermənistan və Azərbaycan nümayəndələrinin gözlənilən görüşünə eyham vurub.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, sülh müqaviləsinin müddəalarının razılaşdırılması və beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən o bildirib:

"Bu və bir sıra digər məsələ müqavilənin mətni çərçivəsində müzakirə olunur. Əgər onlar razılaşdırılarsa, sənəd imzalandıqdan və qüvvəyə mindikdən sonra tətbiq ediləcək". Pepperoni pizza

Nazirin sözlərinə görə, sərhəddə üçüncü şəxslərin olmasının istisna edilməsi, iddiaların geri götürülməsi müzakirə olunur və sənəd imzalanacağı təqdirdə, digərləri kimi, bu məqamlar da məcburi icraya tabedir.

XİN rəhbəri bildirib ki, yaxın gələcəkdə tərəflər sənədin imzalanması və ratifikasiyası ilə bağlı yanaşmaları və bütün məsələləri müzakirə etmək imkanı əldə edəcəklər. Bununla belə, nazir görüşün hansı səviyyədə planlaşdırıldığını açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!