Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü

Siyasət

20 Aprel 2025 19:38 333


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Bu barədə "Report" Ermənstan XİN-ə istinadən xəbər veirr.

Həmsöhbətlər Ermənistanla ATƏT arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərinə toxunublar. Dominos pizza

Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylər kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesinə toxunulub, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi vurğulanıb.

Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupuna münasibətinə toxunub və Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı təkliflərini təqdim edib.

Ararat Mirzoyan və Feridun Sinirlioğlu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!