“Ermənistan beynəlxalq birliyin vasitəçilik mandatı verdiyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə yönəlmiş fəaliyyətinin aktivləşdirilməsində maraqlıdır”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı vəzifədaş Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin ATƏT-in Minsk qrupunun işləyib hazırladığını xatırladıb Dominos pizza
“Aydındır ki, bugünkü müzakirəmizin mərkəzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün məsələlər durur. Mən Ermənistan Respublikası hökumətinin regionda sabitliyə və sülhə nail olmaq üçün səylər göstərməyə hazır olduğunu bir daha təsdiqlədim.
Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli əsas məsələdir və bura “Artsax xalqı”nın təhlükəsizliyinin müəyyən edilməsi, bütün hüquqların təmin edilməsi və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi kimi əsas məqamlar daxil olacaq", - deyə Ermənistan XİN rəhbəri bildirib.
Telegram kanalımız