Mirzoyan Aİ rəsmiləri ilə Qarabağ müzakirəsi aparacaq

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan Aİ rəsmiləri ilə Qarabağ müzakirəsi aparacaq

Rəsmi

17 May 2022 11:07 696


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın 17-18-də Brüsseldə işgüzar səfərdə olacaq.

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, o, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 4-cü sessiyasında iştirak edəcək.

Görüş zamanı tərəflər Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və İqtisadi İnvestisiya Proqramının icrasını, demokratiya, insan haqları və qanunun aliliyi sahələrində əməkdaşlığı müzakirə edəcəklər. Həmçinin, ticarət-iqtisadi və sektoral əməkdaşlığın qurulması perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq, viza rejiminin liberallaşdırılması ilə bağlı dialoq aparılacaq. Dominos pizza

Dağlıq Qarabağ münaqişəsi, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.

İclasda Ermənistan nümayəndə heyətinə ER xarici işlər naziri Ararat Mirzoyan, Aİ nümayəndə heyətinə isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel rəhbərlik edəcək.

Səfər zamanı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Aİ-nin bəzi rəsmiləri ilə də görüşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!