Mirzoyan: Hamıya məlumdur ki, Ermənistan Azərbaycanla sülh bağlayıb

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan: Hamıya məlumdur ki, Ermənistan Azərbaycanla sülh bağlayıb

Dünya

24 Oktyabr 2025 14:32 172


Ermənistan və Azərbaycan artıq sülh müqaviləsini paraflayıb. Hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün ciddi səylər göstərir.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada 4-cü Feminist Diplomatiya Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

“Bəlkə də hamıya məlumdur ki, biz Azərbaycanla sülh bağlamışıq. Hazırda hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün böyük səylər göstərir. Hökumətin rəsmi sazişlərin imzalanması və konkret həllərin hazırlanması istiqamətində apardığı işlərlə paralel olaraq, cəmiyyətlərin barışması üçün də böyük ehtiyac var”, - nazir qeyd edib. Toyuqlu pizza

O vurğulayıb ki, sülh prosesinin uğuru yalnız rəsmi razılaşmalardan deyil, həm də cəmiyyətlərin qarşılıqlı anlaşmasından asılıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!