Mirzoyan: Konstitusiyanı dəyişmək öhdəliyimiz yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan: Konstitusiyanı dəyişmək öhdəliyimiz yoxdur

Dünya

14 Oktyabr 2025 13:23 422


Sülh müqaviləsinin imzalanması Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmdə deyil.

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında deyib.

"Minsk Qrupu məsələsi mahiyyət etibarı ilə həll olunub. Bununla bağlı siyasi həll yolu var və texniki məsələlər dekabra kimi həll olunacaq. Konstitusiyaya gəlincə, əvvəllər olduğu kimi, belə bir məsələ müzakirə üçün gündəmdə deyil", - Mirzoyan bildirib. Pepperoni pizza

Nazir vurğulayıb ki, konstitusiyaya dəyişiklik edilməsi və ya yenisinin qəbul edilməsi müstəsna daxili siyasi məsələdir və bunu Ermənistan xalqı həll etməlidir.

"Mən təəccüblənirəm ki, bu qədər təminatlardan sonra bu məsələ (konstitusiyaya düzəliş - red.) hələ də qaldırılır. Ermənistan heç vaxt belə öhdəlik götürməyib. Bu, daxili məsələdir. Bəli, Azərbaycan bunu deməyə davam etdirir və şərt kimi göstərir. Biz bu əlaqəni qəbul etmirik", - nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!