“Beynəlxalq ictimaiyyətin sərhəddə baş verənlərlə bağlı reaksiyası kifayət qədər normaldır”.
Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Əlbəttə, bir sıra ölkələr və təşkilatlar üçün bu, istədiyimiz qədər birbaşa və sürətli şəkildə olmayacaq. Reallıq belədir, lakin işlər görülüb və hələ də davam edir”, - deyə Ermənistan XİN rəhbəri bildirib. pizza hut
KTMT-yə gəlincə, o bildirib ki, Ermənistan müşahidə missiyasının sabah gələcəyinə inanır, qalan məsələlər isə hələ müzakirə olunur.
“Demək lazımdır ki, Ermənistanın müraciəti KTMT Şurasında lazımi qaydada müzakirə olunub”.
Xatırladaq ki, dünən Baş nazir Nikol Paşinyanın sədrliyi ilə KTMT-nin videokonfrans formatında keçirilən növbədənkənar iclası keçirilib.
Telegram kanalımız