Mirzoyan Lavrovun qəbuluna gedir

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan Lavrovun qəbuluna gedir

Rəsmi

06 Aprel 2022 17:37 532


Aprelin 8-də Moskvada Rusiya Federasiyası və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu, Ararat Mirzoyanın işgüzar səfəri olacaq. Sezar pizza

Mariya Zaxarova XİN rəhbərlərinin bütün sahələrdə, inteqrasiya birliklərində və digər beynəlxalq platformalarda ikitərəfli əməkdaşlığın addımlarını ətraflı müzakirə edəcəklərini vurğulayıb.

Həmçinin, tərəflər Ermənistan, Azərbaycan və Rusiya Federasiyası liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.

“Biz ümid edirik ki, Moskvada keçiriləcək danışıqlar müttəfiqlərin qarşılıqlı fəaliyyətinin dərinləşməsinə, Cənubi QAfqazda sülh və sabitlik işinin irəliləməsinə töhfə verəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!