İyulun 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına, eləcə də Dağlıq Qarabağ münaqişəsinə dair geniş spektrli məsələlər müzakirə olunub. pizza hut
A. Mirzoyan ATƏT-in Minsk qrupunun həmsədrlik institutu və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini vurğulayıb.
Telegram kanalımız