Mirzoyana sui-qəsd təşkil edən şəxslərdən biri tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyana sui-qəsd təşkil edən şəxslərdən biri tutuldu 

Maraqlı

22 Fevral 2023 11:02 844


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri həbs edilib. 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Bildirilib ki, söhbət 2020-ci ilin noyabrında İrəvan, Bakı və Moskva arasında üçtərəfli bəyanatın imzalandığı gecə o zaman parlamentin sədri olan Ararat Mirzoyana hücumda iştirak edən vətəndaş T.A.-dan gedir.  pizza sifarişi

"O, 2 ay müddətinə həbs edilib, istintaq davam edir", - deyə qeyd olunub. 

Xatırladaq ki, 2020-ci ilin 10 noyabr gecəsində İrəvanda qəzəbli kütlə hökumət binasına daxil olmuş, dağıntılar törətmişdi. Ermənistan baş naziri Nikol Paşinyanı axtaran etirazçılar Mirzoyana rast gəlmiş və onu ölümcül şəkildə döymüşdülər. Buna görə o, bir neçə ay müalicə almalı olmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!