Mirzoyandan Bakıya ismarış: İmzalanma yeri və vaxtını müəyyənləşdirək

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyandan Bakıya ismarış: İmzalanma yeri və vaxtını müəyyənləşdirək

Dünya

05 İyun 2025 15:15 306


Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək üçün mümkün qədər tez məsləhətləşmələrə başlamağa hazır olduğunu təsdiq edir.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi də öz mövqeyini bildirib: pizza sifarişi

"Müəyyən ilkin şərtlər var. Mövzulardan biri ATƏT-in Minsk qrupunun buraxılmasıdır ki, bu da bizim üçün məqbuldur. Doğrudan da, imzalanmış sənəd ortaya çıxanda münaqişəyə son qoyulacaq. Məntiqlə bu münaqişə ilə bağlı hər hansı strukturun olmasına ehtiyac qalmayacaq".

Mirzoyan qeyd edib ki, ATƏT Minsk qrupunun buraxılması və sülh müqaviləsinin imzalanması prosesləri paralel getməlidir:

"Eyni vaxtda iki sənəd imzalana bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!