Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.
Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb.
Əli Mərdanova məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb. Dördpendirli pizza
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanan istirahət mərkəzinin sahibi Əli Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.
Əli Mərdanov əvvəllər Şabran Rayon Polis Şöbəsinin rəisi olub.
Telegram kanalımız