Misir millisinin kapitanı Məhəmməd Salah zədəyə görə Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyası məlumat yayıb.
Futbolçu qrup mərhələsi çərçivəsində keçirilən Qana ilə matçda (2:2) zədə alıb. O, ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı Salahın əzələsində problem olduğu məlum olub. Pepperoni pizza
Salah Kabo Verde ilə qrup mərhələsinin son oyununu buraxacaq.
Misir millisi 1/8 finala yüksələrsə, Salah həmin matçda da iştirak edə bilməyəcək.
Telegram kanalımız