Misirin Şarm əl-Şeyx şəhərində baş tutan Yaxın Şərq Sülh Sammitində Qəzzadakı vəziyyətlə bağlı müxtəlif məsələləri əhatə edən sülh razılaşmaları əldə olunub. ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən razılaşmalarda İsrail və HƏMAS arasında girovların dəyişdirilməsi, İsrail hərbçilərin Qəzzadan çıxarılması və bölgəyə humanitar yardımın çatdırılması ilə bağlı məqamlar yer alır.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Zərdüşt Əlizdə bildirib ki, girovların dəyişdirilməsi və atəşkəsin əldə olunması olduqca müsbət haldır:
“Eyni zamanda, atəşkəslə bağlı təklif təqdirəlayiqdir. İsrail hərbçiləri Qəzzanın bir hissəsindən çıxdı. Ancaq 70 faizini hələ də öz nəzarətində saxlayır. Bölgə xarabalığa çevrilib. pizza sifarişi
HƏMAS-dan tələb olunur ki, silahı yerə qoysun. Təşkilat təkidlə və haqlı olaraq bunu rədd edir. Mən 100 faiz əminəm ki, ABŞ-nin bu tələbi yerinə yetirilməyəcək.
Digər təklif Qəzzada neytral zonanın yaradılması ilə bağlıdır. Onun bir hissəsinə fələstinlilər, digər hissəsinə isə İsrailin nəzarət etməsi planlaşdırılır”.
Z. Əlizadə vurğulayıb ki, Şarm əl-Şeyx razılaşmaların uzunmüddətli perspektivdə regiona sülh gətirəcəyi inandırıcı görünmür:
“Qəzzada hansısa beynəlxalq statuslu hakimiyyətin yaranacağına inanmıram. Bu, boş söhbətdir. Ərəblərin gözəl bir sözü var: “Boş söz - əbəs əziyyətdir”.
Şərqşünas-yazar Kənan Rövşənoğlu qeyd edib ki, İran bu sammitə dəvət olunsa da, iştirakdan imtina edib:
“Sazişi imzlayan ölkələr HƏMAS və İsrail danışıqlarında vasitəçi kimi iştirak edən dövlətlərdir: Qətər, Türkiyə, Misir və ABŞ. Bu ölkələr həm də hazırda Donald Trampın Qəzza ilə bağlı planının təminatçılarıdır. Onlar sonrakı prosesdə planın digər hissələrinin icrasına nəzarət edəcək.
İlkin mərhələ artıq başlayıb. Əsirlər və girovlar dəyişdirilib. Bundan sonrakı mərhələ İsrail qoşunlarının Qəzzadan çəkilməsi, ağır silahların ərazidən çıxarılması və humanitar yardımın təmin edilməsidir. Daha sonra HƏMAS-ın taleyi, silahları təhvil verib-verməyəcəyi, Qəzzanın yerindən qurulması prosesi gəlir. Hələlik razılaşdırılan hissə girovların dəyişdirilməsi və s.-lə bağlıdır”.
Nazim Hacıyev
Telegram kanalımız