Misirdə saxlanılan azərbaycanlı haqda XİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Misirdə saxlanılan azərbaycanlı haqda XİN-dən açıqlama

Siyasət

20 May 2019 11:40 960


"Azərbaycanın Qahirədəki səfirliyi Misirdə saxlanılan "Sea Shark" tankerinin ekipaj üzvü olan azərbaycanlının məsələsini diqqətdə saxlayır".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ""Yeni Sabah"a verilən məlumata görə, Azərbaycanın səfirliyi vətəndaşımızın qanuni hüquqlarını təmin etmək üçün Misir tərəfi ilə mütəmadi olaraq təmasdadır.

"Vətəndaşlarımızın hüquqlarının qorunması məsələsi həmişə diqqət mərkəzindədir", - XİN-in Mətbuat xidmətindən bildirilib. pizza sifarişi

Qeyd edək ki, Misirdə saxlanılan "Sea Shark" tankerinin göyərtəsində 31 nəfər - 17 Ukrayna, 1 Azərbaycan vətəndaşı, eləcə də Filippin, Şri-Lanka və Hindistan vətəndaşları olub. Vəkillərin sözlərinə görə, Misir səlahiyyətlilərinin yaxın bir neçə gün ərzində ekipaj üzvlərini azad edəcəyi, amma ölkənin ərazi sularına qanunsuz girişə görə 56 milyon dollar məbləğində cərimə ödənilənə qədər yüklü tankeri saxlayacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!