“Milli Şuranın aprelin 6 da nəzərdə tutduğu mitinq birbaşa "Diqlas"da baş verən yanğınla bağlıdir”.
Bunu “Yeni Sabah”a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, iddia edib ki, Milli Şura sahibkarların vəziyyətindən yararlanmaq istəyir: “Deyilənə görə, təxminən 1000 nəfər sahibkara ziyan dəyib. Guya bunlar sahibkarların qayğısına qalmaq istəyirlər və onların yanında olacaqlarını bəyan edirlər. Əsas məqsədləri özlərinin siyasi niyyətlərini həyata keçirtməkdir. Əli Kərimli düşünür ki, fürsətdən istifadə edib, 1000 nəfərlik sahibkarı və onların ailə üzvülərini bu mitinqə cəlb edə biləcəklər. Ancaq niyyəti baş tutmadı. Hadisədən dərhal sonra prezident yanğın hadisəsi ilə bağlı müşavirə keçirdi. Dövlətin 1000 yaxın sahibkara hər cür dəstək verəcəyini bəyan etdi.
BAXCP sədrinin müavini hesab edir ki, bu gün Azərbaycanda müxalifəti həm iqtidarın daxilindəki müəyyən qüvvələr canlandırır, həm də xaricdəki söyüş söyənlər müəyyən qüvvələr tərəfindən idarə edilir: "İqtidardakı bəzi qüvvələr istəmirlər ki, ölkədə islahatlar getsin. Bir çox adamlar vəzifələrini itirəcəklərindən qorxurlar. 30 ildir vəzifədə qalan adamlar var. Ona görə də prezidentə təsir etməyə cəhd göstərirlər. Buna görə də, biz bir partiya olaraq düşünürük ki, növbəti parlament seçkilərinə qədər ölkədə kütləvi etiraz aksiyalarına moratorium qoyulsun. Ancaq, ümummilli məsələlərlə bağlı kütləvi tədbirlər keçirilə bilər”. pizza
Telegram kanalımız