Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq

Siyasət

14 Dekabr 2024 15:49 532


Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq. O, 300 seçicidən 224 səs toplayıb.

"Report" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səsvermə yerli vaxtla saat 09:00-dan 14:00-dək keçirilib. Seçkilərdə Seçki Kollegiyasının 225 üzvü iştirak edib, bir bülleten etibarsız hesab olunub. Dördpendirli pizza

M.Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinə yeganə namizəd idi. Onun namizədliyi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası tərəfindən irəli sürülüb.

M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!