Mixail Qusman İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mixail Qusman İlham Əliyevi təbrik etdi

Siyasət

24 Dekabr 2024 21:18 335


Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu. Pepperoni pizza

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz böyük atanızın - ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, dünya miqyaslı görkəmli siyasi xadim, təcrübəli Ali Baş Komandan, doğma torpaqları azad edən və haqq-ədalət uğrunda mübarizədə qalib olan əsl lider kimi haqlı olaraq bütün Azərbaycan xalqının ən dərin hörmətini və hərtərəfli dəstəyini qazanmısınız.

Sizin müdrik siyasətiniz və qətiyyətiniz, qlobal strateji təfəkkürünüz və ölkənizə olan sonsuz məhəbbətiniz sayəsində Azərbaycan davamlı şəkildə inkişaf edir, dünya siyasətində mühüm mövqe tutur, Rusiya ilə tərəfdaşlıq əlaqələri daim genişlənir.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən nailiyyətlər, bol sevinc və nikbinlik, bütün planlarınızın həyata keçməsini arzulayıram.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!