Mixail Qusman işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Mixail Qusman işdən çıxarıldı

Dünya

24 İyul 2025 22:53 843


Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Yenisabah.az interfax-a istinadla verir ki, bu barədə sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısıdır. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalisti (2018). Toyuqlu pizza

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!