Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edildi

saytların hazırlanması

Evə çatdırılma

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edildi

Dünya

09 Noyabr 2025 15:38 521


Türkiyədə tanınmış jurnalist və media meneceri Mixail Qusmana beynəlxalq media mükafatı təqdim edilib.

"Yeni Sabah" xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimi noyabrın 8-də Türkiyənin Alanya şəhərində keçirilib.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman media mükafatını Mixail Qusmana təqdim edib. Sezar pizza

Tədbirdə Mixail Qusmanın uzun illər beynəlxalq media məkanında səmərəli fəaliyyətindən bəhs olunub. Həmçinin qeyd edilib ki, jurnalist Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinə və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmin müəllifidir.

Türkiyə Jurnalistlər Birliyi onun fəaliyyətini beynəlxalq informasiya əlaqələrinin möhkəmləndirilməsinə və peşəkar jurnalistika prinsiplərinin təşviqinə əhəmiyyətli töhfə kimi qiymətləndirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!