Mixail Xodorkovski terrorçu və ekstremistlər siyahısına salındı

saytların hazırlanması

Evə çatdırılma

Mixail Xodorkovski terrorçu və ekstremistlər siyahısına salındı

Dünya

19 Noyabr 2025 22:16 658


"Rosfinmonitorinq" əvvəllər Rusiyada "xarici agent" kimi tanınan YUKOS-un keçmiş sahibi Mixail Xodorkovskini terrorçu və ekstremistlər siyahısına daxil edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Rosfinmonitorinq"in rəsmi saytında dərc olunub.

Siyahıya daxil edilənlər arasında keçmiş deputat Dmitri Qudkov və politoloq Yuri Pivovarov da yer alır. Sezar pizza

"Rosfinmonitorinq"in reyestrinə düşən şəxslərə qarşı bir sıra məhdudiyyətlər tətbiq edilib. Məsələn, onlara Rusiya KİV-i ilə qarşılıqlı əlaqədə olmaq və seçkilərdə iştirak etmək qadağan olunub.

Xatırladaq ki, Mixail Xodorkovski 2003-cü ildə həbs edilib. 2005-ci ildə ona qarşı dələduzluq və vergidən yayınma ittihamları irəli sürülüb. 2010-cu ildə isə neft oğurluğu və əldə edilən gəlirin leqallaşdırılması ittihamı ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ilin sonunda Rusiya prezidentinin fərmanı ilə əfv olunaraq azadlığa buraxılıb və daha sonra ölkəni tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!