Mixalko gedir

saytların hazırlanması

Evə çatdırılma

Mixalko gedir

Siyasət

16 May 2025 12:45 262


Peter Mixalko Azərbaycandakı diplomatik missiyasını başa vurur.

Yenisabah.az xəbər verir ki, o 2021-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Missiyası dövründə Mixalko Aİ ilə Azərbaycan arasında əməkdaşlığın enerji, iqtisadiyyat, münaqişədən sonrakı bərpa və iqlim gündəliyi sahələrində möhkəmləndirilməsinə töhfə verib. O cümlədən, Bakıda keçirilən COP29-a hazırlıq prosesində fəal iştirak edib. pizza

Peter Mixalko Azərbaycana təyin olunmazdan əvvəl Aİ-nin Moldovadakı nümayəndəliyinin rəhbəri və Slovakiyanın Yunanıstandakı səfiri olub. Hazırda Aİ-nin Azərbaycandakı nümayəndəliyinə kimin rəhbərlik edəcəyi hələlik rəsmi olaraq elan olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!