Mixeil Saakaşvilinin ukraynalı deputatla evləndiyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Mixeil Saakaşvilinin ukraynalı deputatla evləndiyi məlum oldu

Rəsmi

01 Oktyabr 2021 23:40 1817


Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Ukraynanın Ali Radasının “Xalqın qulluqçusu” partiyasından deputatı Liza Yasko ilə evləndiyi məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə videoyazını xanım deputat feysbuk səhifəsində paylaşıb.

Videoda M.Saakaşvili deyib ki, hamını Liza ilə bir yerdə olması barədə məlumatlandırmağa qərar verib: “Biz yeni həyat, yeni ailəyə başlayırıq... İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın”. pizza sifarişi

Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

53 yaşlı M.Saakaşvili və 31 yaşlı L.Yasko arasında eşq macərsaının yaşanması barədə məlumatlar ötən ilin əvvəlində Ukrayna mətbuatında yer alsa da, onların heç biri bunu təsdiqləmirdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!