MKİ öz casusları qarşısında yeni tələblər qoydu

saytların hazırlanması

Evə çatdırılma

MKİ öz casusları qarşısında yeni tələblər qoydu

Dünya

07 Oktyabr 2021 10:13 645


Mərkəzi Kəşfiyyat İdrəsi (CIA) son illərdə onlarla xəbərçi həbs edildikdən, öldürüldükdən və ya başqa təhlükəyə məruz qaldıqdan sonra bütün dünyada əməliyyat təhlükəsizliyini gücləndirməyə çağırıb.

Yenisabah.az "New York Times"a istinadla xəbər verir ki, ABŞ-ın yüksək kəşfiyyat məmurları keçən həftə agentliyin bütün stansiyalarına və bazalarına göndərilən bir teleqramda rəqib xidmətlərin tutduğu və ya edam etdiyi insanların dəqiq sayını çatdırıb. Halbuki bu sayaq məlumatlar, ümumiyyətlə, gizli saxlanılır.

Sənəd casuslar qarşısında yeni köstəbəklər tapmaq tapşırığı qoyur. Habelə onlardan rəqiblərin əks-kəşfiyyat qabiliyyətini düzgün qiymətləndirmək və potensial riskləri nəzərə almağı tələb edir. Bu, Qəbula diqqət yetirmək də daxil olmaqla, yeni xəbərçilərin cəlb edilməsindən məsul zabitlər üçün bir sıra çətinliklər yaradır. Sənər zabitlərə yeni mənbələr tapmaqla yanaşı, bu məsələlərə diqqət yetirmələrini xatırladır. pizza hut

Son illərin hesabatları göstərir ki, Çin ABŞ casus şəbəkələrini izləmək və öldürməkdə xüsusilə ustalaşıb. 2017-ci ildə "The Times" Pekinin ən az 12 şübhəlinin xasusluq ittihamı ilə edam edildiyini və daha bir nəfərin həbs edildiyini xəbər verib.

Rusiya, İran və Pakistan da daxil olmaqla, digər rəqiblərin də öz qabiliyyətlərini artırdığı, bəzi hallarda CIA xəbərçilərini ikili casusa çevirdiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!