Ukraynanın məşhur MMA döyüşçüsü Yeqor Birkun Mariopol şəhərinin müdafiəsi zamanı öldürülüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Qarışıq Döyüş Sənəti Federasiyasının rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Birkun martın 23-də "Azov" alayının tərkibində döyüş tapşırığını yerinə yetirdiyi vaxt həlak olub. Həmin gün o, Ukrayna millisinin heyətində dünya çempionatında çıxış etməli idi. Lakin Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar idmançının planlarında dəyişiklik baş verib. Sezar pizza
Telegram kanalımız