MN-də yüksək vəzifəyə təyin olunan 37 yaşlı general   bu məşhurun oğludur - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

MN-də yüksək vəzifəyə təyin olunan 37 yaşlı general bu məşhurun oğludur - DOSYE

Siyasət

19 Noyabr 2024 18:41 110657


Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

Yenisabah.az xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.

General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.  pizza

Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə Fərid Əliyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Daha sonra sabiq icra başçısı Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ahmed
    Yəqin bir iki il yeyib dağıtdıqdan sonra feldmarşal olar. Bunlar hamısı korrupsiya generalıdl
    1 year ago
  • Haller
    37 yasli general...nece olur?!...bu "olke"de olurmus.mm
    1 year ago
  • Razi
    Mani aparib qoymayacaglar ki.Savadli adamdi adamida var.Duz eliyiler
    1 year ago