Mnatsakanyan özü ilə Moskvadan Yerevana silah aparır

saytların hazırlanması

Evə çatdırılma

Mnatsakanyan özü ilə Moskvadan Yerevana silah aparır

Hadisə

12 Oktyabr 2020 19:09 2356


Ermənistan humanitar yardım adı altında qanunsuz olaraq ölkəyə silah-sursat gətirməyə davam edir. Və bu vaxt Ermənistana silah-sursat gətirən təyyarələr arasında Paşinyanın rəsmi səfərləri üçün nəzərdə tutulan dövlət bortundan da istifadə edilir. Qaçaqmalçı kuryerlərin rolunda isə onun hökumətinin üzvləri çıxış edirlər.

Yenisabah.az bildirir ki, Virtualaz.org baş nazirin müavini Mqer Qriqoryanın və xarici işlər nazirinin müavini Şavarş Köçəryanın şəxsi bortunda silah-sursatın tədarükü barədə artıq məlumat verib. Baş nazirin müavini hökumət laynerində Rusiya silahlarının ilk partiyasını şəxsən müşayiət edib və bunun üçün Moskvaya birgünlük "işgüzar səfər" edib. Oktyabrın 4-də isə həmin hava gəmisi həmin marşrut üzrə ikinci reysi yerinə yetirib və bu dəfə kuryer rolu xarici işlər nazirinin müavini Şavarş Koçaryanın üzərinə qoyulub.

Məlumatlı mənbələrdən virtualaz.org-a verilən məlumata görə, bu dəqiqələrə silah-sursat Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarda iştirak etmək üçün bu gün Moskvaya getmiş Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın təyyarəsinə yüklənir. pizza

Mnatsakanyan tezliklə bu təyyarədə Ermənistana qayıtmalı və yeni silahlar partiyasını Yerevana çatdırmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!