Mobil telefon və velosiped oğruları yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Mobil telefon və velosiped oğruları yaxalandı

Kriminal

15 Yanvar 2022 11:24 1142


Səbail rayonunda telefon və velosiped oğurluqları edən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, obyektə müştəri kimi gələn bir nəfər kassanın yanında olan 2 ədəd mobil telefonu oğurlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib. pizza

Ümüdbəy Babayevin bu üsulla paytaxt ərazisində ümumən 10-dan mağazadan oğurluq etdiyi məlum olub.

Polisin digər bir əməliyyatı zamanı binaların dəhlizlərində olan velosipedləri oğurlayan şəxs saxlanılıb. Bu, paytaxt sakini Kənan Məmmədovdur. Onun Səbail rayonunda bir nəfərin dəyəri 1200 manat olan velosipedini oğurladığı sübuta yetirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!