Model evli ola-ola eşq yaşayıb? - “Çox üzülürəm, amma...”

saytların hazırlanması

Evə çatdırılma

Model evli ola-ola eşq yaşayıb? - “Çox üzülürəm, amma...”

Şou

28 Noyabr 2025 23:36 1021


Fikret Ormanla eşq yaşaması ilə gündəmə gələn Güzide Duran maraqlı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, 16 illik həyat yoldaşı Adnan Aksoyla boşanma qərarı almazdan əvvəl Beşiktaş Futbol Klubunun sabiq rəhbəri Fikret Ormanla münasibət yaşadığı iddiasıyla tənqid olunan model bu reaksiyalara cavab verib.

O bildirib ki, münasibətləri boşanma qərarından sonra başlayıb: pizza

“Qorxmuram desəm yalan olar. Qadın olmaq çox çətindir, qadınsansa qorxu ilə yaşayırsan. Bugünki Güzide Duran olmaq üçün çox şeydən keçmişəm. Mən səsimi çıxara bilirəm, amma bir çox qadın var ki, səsləri lazımi yerlərə çatmır. Mən onların səsi olmaq istəyirəm. Bu prosesdə övladlarımdan çox ayrı qaldım. Çox üzülürəm, amma əlimdən heç nə gəlmir. Bu vəziyyət məni çox sarsıtdı”.

Model qeyd edib ki, verdiyi qərarlara görə peşiman deyil:

“İşimlə gündəmə gəlmək istəyərdim, amma təəssüf ki, şəxsi həyatımla gündəmə gəldim. Əsas olan xoşbəxtliyə doğru addım ata bilməkdir. Mən də o qərarı verdim və heç bir şəkildə peşman deyiləm”.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!