Modriçə kim yiyə duracaq, Messinin klubu?

saytların hazırlanması

Evə çatdırılma

Modriçə kim yiyə duracaq, Messinin klubu?

İdman

28 May 2025 11:39 433


"Real"dan ayrılmağa hazırlaşan Luka Modriç Kriştiano Ronaldo və ya Lionel Messinin komanda yoldaşı ola bilər.

Yenisabah.az xəbər verir ki, 39 yaşlı futbolçu 2025-ci il klublararası dünya çempionatından sonra azad agent kimi "Real"dan ayrılacaq.

Modriçə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və ABŞ-ın "İnter Mayami" klublarından transfer təklifləri gəlib. Bundan başqa, yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu və bir neçə Braziliya təmsilçisi də maraqlanır. Sezar pizza

Xorvatiyalı uzun müddətdir ki, Ronaldo ilə eyni komandada oynamaq üçün “Əl-Nəsr”ə keçmək imkanını müzakirə edir. Lakin onun ailəsi ABŞ-a köçməyi daha məqsədəuyğun variant hesab edir.

Modriç 2012-ci ildən "Real"da oynayır. Bu müddət ərzində yarımmüdafiəçi klubla 28 kubok qazanıb. Luka komandanın heyətində 590 matçda 43 qol vurub və 95 məhsuldar ötürmə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!