“Möhkəm olun, qəhrəman Azərbaycan əsgəri“ - Türkiyəli məşqçidən   DƏSTƏK

saytların hazırlanması

Evə çatdırılma

“Möhkəm olun, qəhrəman Azərbaycan əsgəri“ - Türkiyəli məşqçidən DƏSTƏK

İdman

13 İyul 2020 15:39 963


 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Yenisabah.az xəbər verir ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib. pizza hut

Qardaş Türkiyənin bir çox tanınmış simaları kimi, vaxtilə ölkəmizdə Tovuzun "Turan" klubunun baş məşqçisi olmuş Naci Şensoy da hadisəyə biganə qalmayıb.

Təcrübəli mütəxəssis feysbuk səhifəsi vasitəsilə Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib: "Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun".

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib və düşmən itki verərək geri otuzdurulub. Sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!