Moldova Azərbaycandan kömək istədi

saytların hazırlanması

Evə çatdırılma

Moldova Azərbaycandan kömək istədi

Dünya

29 Oktyabr 2021 12:55 957


Moldova prezidenti Mayya Sandu ölkədə yaranmış qaz böhranının aradan qaldırılması üçün Azərbaycan, Almaniya, Polşa və Rumıniyadan kömək istəyib.

Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, Moldova hökuməti oktyabrın 22-si qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.

Xatırladaq ki, Moldova 2008-ci ildə imzalanmış müqavilə əsasında Rusiyanın "Qazprom" şirkətindən qaz alırdı. Lakin müqavilənin müddəti cari ilin sentyabrın 30-u başa çatıb və "Qazprom" qazın qiymətini qaldırıb. pizza mizza

Həmçinin, yığılmış 700 milyon dollar borcu da Moldova hökumətindən tələb edir.

Rəsmi Kişineu yaranmış vəziyyətlə əlaqəli olaraq alternativ variantlar axtarır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!