Moldova Polşadan qaz almaq qərarına gəldi

saytların hazırlanması

Evə çatdırılma

Moldova Polşadan qaz almaq qərarına gəldi

Dünya

26 Oktyabr 2021 15:10 808


Moldovanın "Energocom" dövlət şirkəti "Qazprom" əvəzinə, Polşanın dövlət şirkəti “PGNiG” ilə 1 milyon kubmetr qaz idxalına dair müqavilə imzalayıb.

Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, ölkə tarixində ilk dəfətəbii qazı alternativ mənbədən alır. Lakin Moldova hökumətinin Polşa şirkətindən təbii qazı hansı qiymətə aldığı məlum deyil.

2,6 milyon əhalisi olan Moldovanın 2020-ci ilin noyabr ayından “Qazprom”la müqaviləsi  başa çatıb. Dominos pizza

Müqavilənin uzadılması üçün şərt kimi Rusiya konserni Kişineudan müqavilənin şərtlərində nəzərdə tutulandan iki dəfə çox ödənc tələb edib. Moskva, həmçinin 709 milyon dollar təbii qaz borcu ödəyəcəyi təqdirdə, Moldovaya 25% endirim təklif edir.

Hökuməti bu şərtə əməl etməkdən imtina edib. “Qazprom” Moldovanın borcunu ödəmədiyi təqdirdə ona təbii qaz nəqlini dayandıracağı ilə hədələyib.

Ölkənin infrastruktur və regional inkişaf naziri Andrey Spinu öz “Facebook” səhifəsində “Qazprom”la danışıqlar apardığını və Moldova hökumətinin Rusiya şirkəti ilə razılığa gəlməyə ümid etdiyini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!