Moldova “Qazprom”la razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Moldova “Qazprom”la razılığa gəldi

Dünya

29 Oktyabr 2021 23:21 794


Moldova “Qazprom” şirkəti ilə müqavilənin müddətini 5 il müddətinə uzatmağa razılaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyi məlumat yayıb.

Müqavilə Rusiya qazının Moldovaya tədarükünü nəzərdə tutur. Toyuqlu pizza

Moldovanın “Qazprom”la müqaviləsi sentyabrın sonunda başa çatıb. Hökumət müqavilənin uzadılmasını tələb etsə də, 1000 kubmetrin qiymətini 790 dollardan almağa razılaşmayıb.

Moldova parlamenti qaz çatışmazlığı ilə əlaqədar hökumət tərəfindən noyabrın 20-dək fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini təsdiqləyib.

51%-i “Qazprom”a məxsus olan “Moldova Gas” şirkəti tələb olunan qaz həcmini təmin etməyib və ölkə qazı başqa mənbələrdən almaq məcburiyyətində qalıb./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!