Moldova Ukrayna ilə ikitərəfli münasibətləri bərpa edəcək

saytların hazırlanması

Evə çatdırılma

Moldova Ukrayna ilə ikitərəfli münasibətləri bərpa edəcək

Dünya

19 Noyabr 2020 09:42 798


Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu Ukraynanın bu ölkədəki səfiri Mark Şevçenko ilə görüşüb. Görüşdə rəsmi Kiyevlə dondurulmuş ikitərəfli əməkdaşlığın bərpa edilməsinin zəruriliyi vurğulanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə M.Sandunun rəhbərlik etdiyi “Hərəkət və Həmrəylik Partiyası”nın mətbuat xidməti məlumat yayıb.

“Bizim ümumi bir çox problemimiz və birlikdə çata biləcəyimiz bir çox hədəflərimiz var. Moldovanı təcrid vəziyyətindən çıxarmalı və Ukrayna ilə ikitərəfli münasibətləri dərhal bərpa etdirməliyik”, - deyə mətbuat xidməti tərəfindən yayılmış sənəddə qeyd olunur. pizza hut

M.Sandu söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!