Monteneqro Bakıda səfirlik açdı

saytların hazırlanması

Evə çatdırılma

Monteneqro Bakıda səfirlik açdı

Siyasət

09 Aprel 2019 19:10 850


XİN-in Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib. 

Pərvin Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu etdi. Pepperoni pizza

Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi. Bu xüsuda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim etdi.

Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!