Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Sosial

17 Oktyabr 2025 12:33 246


Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Moped idarə etmək üçün A1 növündə sürücülük vəsiqəsi veriləcək. Marqarita pizza

Dəyişiklikdə mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi də nəzərdə tutulur.

Qanuna təklif olunan digər dəyişiklik isə motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yükü daşımağın qadağan edilməsi ilə bağlıdır.

Qanun qəbul ediləcəyi halda dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!