Moped sürənlərin nəzərinə: Qaydalar sərtləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Moped sürənlərin nəzərinə: Qaydalar sərtləşdirilir

Sosial

13 Oktyabr 2025 12:56 889


Azərbaycanda moped idarə etmək üçün yeni qaydalar tətbiq olunacaq.

“Yeni Sabah” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bundan başqa, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Dominos pizza

Digər dəyişikliklə, motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!