Morqda faciəvi səhv -   Dəfn edilən meyit məzardan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Morqda faciəvi səhv - Dəfn edilən meyit məzardan çıxarıldı

Dünya

07 Oktyabr 2025 18:05 649


Türkiyənin Uşak şəhərində ağlasığmaz hadisə baş verib - xəstəxana morqunda iki cəsəd səhvən bir-birinə qarışıb. Nəticədə bir ailə başqasının meyitini dəfn edib, səhv isə yalnız sonradan ortaya çıxıb.

Yenisabah.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, 80 yaşlı G.G. yaşlılığa bağlı xəstəliklər səbəbindən Uşak Tədris və Araşdırma Xəstəxanasında 18 gün əvvəl müalicə altına alınıb və bazar günü dünyasını dəyişib. Eyni xəstəxanada 4 aydır beyin qanaması diaqnozu ilə müalicə alan 91 yaşlı G.K. isə ertəsi gün həyatını itirib.

Hər iki meyit xəstəxananın morquna yerləşdirilib. Lakin dünən G.G.-nin yaxınları morqa gələndə onların meyitinin orada olmadığını görüblər. Toyuqlu pizza

Araşdırma nəticəsində məlum olub ki, G.G.-nin cəsədi səhvən G.K.-nın ailəsinə təhvil verilib və həmin ailə mərhumu dəfn edib.

Hadisə aşkarlandıqdan sonra prokurorluğun göstərişi ilə məzar açılıb, cəsəd çıxarılaraq yenidən  morqa aparılıb. Daha sonra meyit ailəyə təhvil verilib.

Hadisə ilə bağlı səhvin necə baş verdiyi araşdırılır, xəstəxana rəhbərliyinə isə ciddi nəzarət tədbirlərinin görüləcəyi bildirilib.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!