Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.
Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüf ki, vətəndaşlarımız buna əməl etmirlər: Pepperoni pizza
“Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur. Reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərəcəklər. Yer olmasa, gələn həftənin birinci günü”, - səfirlikdən bildirilib.
Telegram kanalımız