"Ermənistanın işlərinə kənardan müdaxilə olarsa, Rusiya, KTMT üzvü olaraq, ölkənin sərhədlərini, öz sərhədləri kimi qoruyacaq",
Yenisabah.az "Russia Today"ə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Federasiya Şurasının dövlət suverenliyinin qorunması komissiyasının rəhbəri Andrey Klimov bildirib.
Agentliyin "Rossia seqodnya" ("Rusiya bu gün") videokörpüsü zamanı rusiyalı senatordan Türkiyənin Dağlıq Qarabağla bağlı vəziyyətlə bağlı fəal mövqeyinə dair sual verilib. pizza mizza
Klimov deyib: "Ermənistanın ümumi tanınmış sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq".
O, Rusiyanın, KTMT üzvü olaraq, istənilən tərəfə bunu sübut edəcəyini vurğulayıb:
"Heç kimə bunu yoxlamağı məsləhət görməzdim. Düşünürəm ki, həmkarlarımız, Ankaradakı tərəfdaşlarımız da bunu başa düşürlər".
Andrey Klimov qeyd edib ki, Moskva artıq mövcud olan problemləri çoxaltmaq istəməyəcək.
Telegram kanalımız