Moskvada Ermənistan əleyhinə aksiya keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Moskvada Ermənistan əleyhinə aksiya keçirilib

Siyasət

15 İyul 2020 13:27 776


İşğalçı dövlət olan Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı hiddətləndirib.

Yenisabah.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəəbr verir ki, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev bildirib ki, doğma Azərbaycanda, xüsusilə də cəbhə bölgəsində baş verən hər bir hadisə Rusiyada yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, Tovuz istiqamətində gedən qanlı döyüşlər əsl erməni təxribatıdır və Rusiyada yaşayan azərbaycanlılar tərəfindən qəti şəkildə pislənilir.

Qeyd edək ki, dünəndən başlayaraq Rusiyadakı həmyerlilərimiz sosial media şəbəkələri və internet resursları vasitəsilə ölkə ictimaiyyətinə Azərbaycanın haqq səsini çatdırmaqdadır. Toyuqlu pizza

Bu təxribatı törətməklə Ermənistan hakimiyyətinin BMT Baş katibinin COVID-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını sözdə dəstəklədiyini göstərir, beynəlxalq hüquq və çağırışlara qarşı riyakarlığını bir daha nümayiş etdirir.

Soydaşlarımız bildiriblər ki, görüntü naminə danışıqlar aparan ATƏT-in Minsk qrupunu, bu təxribata, bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə laqeydlik nümayiş etdirən Avropa Şurasını qınayırlar və bütün beynəlxalq qurumlardan Ermənistanın təxribatlarına və işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını tələb ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!