Moskvada məktəbdə FACİƏ: Ölənlər və dağıntılar altında qalanlar var

saytların hazırlanması

Evə çatdırılma

Moskvada məktəbdə FACİƏ: Ölənlər və dağıntılar altında qalanlar var

Sosial

20 Sentyabr 2025 15:11 534


Rusiya paytaxtında məktəb tikinti meydançasında faciə baş verib. Beton plitə uçaraq işçilərin üzərinə aşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə 360.ru "Telegram" kanalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Altı nəfərin isə hələ də dağıntılar altında qaldığı ehtimal olunur. Onların axtarışına kinoloji xidmət əməkdaşları itlərlə qoşulublar. Marqarita pizza

Qeyd edək ki, fövqəladə hadisə məktəbin təmir işləri zamanı baş verib. Təhsil müəssisəsi yenidənqurma səbəbindən bağlı olub./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!