Moskvada metro qatarının altına düşüb ölən milyonçu imiş... - Foto

saytların hazırlanması

Evə çatdırılma

Moskvada metro qatarının altına düşüb ölən milyonçu imiş... - Foto

Hadisə

30 Mart 2021 00:58 944


Bir neçə gün əvvəl Moskvada “Dmitrovskaya” metrostansiyasında qatar altında qalaraq dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Yenisabah.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin şəxs 72 yaşlı milyonçu Valeri Baqdasarovdur. İnsident martın 21-də baş verib. Baqdasarov qatarın altından çıxarılan zaman ölmüş vəziyyətdə olub. Bildirilir ki, biznesmen uzun müddətdir ki, metrodan istifadə etməyib və kadrlardan görünür ki, o, bilərəkdən özünü qatarın altına atıb.

Qatarın təkərləri kişinin başını üzüb. Belə şəraitdə yaşamaq üçün heç bir şansı yox idi. Ölən kişinin cəsədi relslərdən qaldırılaraq məhkəmənin morquna aparılıb", - hüquq-mühafizə orqanlarından bildirilib. pizza hut

İstintaq Valeri Baqdasarovun relslərin üzərinə hansı səbəbdən uzanmasını araşdırır.

Qeyd edək ki, Baqdasarov “Alsiko” sənaye qrupunun yaradıcısı və direktorlar şurasının sədiridir. Üzv şirkətlər yalnız Rusiyada deyil, xaricə də ixrac olunan pestisid və gübrələrin tam çeşidini istehsal edirlər/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!