Moskvada azərbaycanlı qardaşlara hökm oxundu -   29 il həbs

saytların hazırlanması

Evə çatdırılma

Moskvada azərbaycanlı qardaşlara hökm oxundu - 29 il həbs

Kriminal

06 Noyabr 2025 17:19 590


Moskvada motosikletçi Kirill Kovalyovu qətlə yetirməkdə ittiham olunan azərbaycanlı Şahin və Şöhrət Abbasov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə Şahin Abbasovu 17 il, Şöhrət Abbasovu isə 12 il müddətinə azadlıqdan məhrum edib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Məlum cinayət işi üzrə məhkəmə qarşısına altı nəfər çıxıb. Qətldə ittiham olunan Abbasov qardaşlarından başqa, onların qaçmasına kömək etməkdə şübhəli bilinən ataları Nizami Abbasov təqsirsiz bilinərək azadlığa buraxılıb. Əmiləri Bəxtiyar Abbasov bir il müddətinə azadlıqdan məhrum edilib, lakin məhkəməyəqədər həbsdə olduğu üçün azadlığa buraxılıb. Dominos pizza

Ailə dostu Nahid Hüseynov da azadlığa buraxılıb. Qohumu İsaxan Abbasov altı il həbs cəzası alıb və üç milyon rubl cərimə edilib.

Məhkəmə prosesi zamanı ittiham tərəfi Şahin və Şöhrət qardaşlarına 17 və 14 il, İsaxan Abbasova 16 il, digərlərinə isə 9,5 il həbs cəzası tələb edib. Kovalevin valideynlərinin 100 milyon rubl təzminat iddiası qismən təmin edilib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Kirill Kovalyovla 21 yaşlı Şahin Abbasov arasında ikincinin avtomobilini Kovalyovun yaşadığı binanı yaxınlığında qanunsuz park etdiyinə görə mübahisə yaranıb. Nəticədə Kovalyov sinəsindən və qarnından bıçaqlanıb. Daha sonra Şahin və qardaşı qaçıb. Motosikletçi xəstəxanada ölüb. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!